“əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 4, maddə 421 (cild i); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. həmin qərarla təsdiq edilmiş “əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası” üzrə:
2.1. 2-ci hissə üzrə:
2.1.1. 2.1-ci bəndin birinci cümləsinə “xüsusi rütbəli şəxslərə” sözlərindən sonra “və onların ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq” sözləri əlavə edilsin;
2.1.2. 2.5-ci bəndə “hərbi qulluqçuların və xüsusi rütbəli şəxlərin” sözlərindən sonra “avtomatlaşdırılmış qaydada ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməmiş” sözləri əlavə edilsin;
2.2. 6-cı hissə üzrə:
2.2.1. 6.1.7-ci yarımbəndə “qəbul edildikdə” sözlərindən sonra “və hərbi xidmətdən buraxıldıqda” sözləri əlavə edilsin;
2.2.2. 6.4-cü bənddə “qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı” sözləri “qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə” sözləri ilə əvəz edilsin.
3. bu qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “20” “fevral” 2025-ci il
№ 39























