bakı, 21 fevral, arhd.media
avropanın yüksək dövlət borclu ölkələri məlum olub
avropa ittifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (udm) 81,5 faizinə bərabərdir.
arhd.media xəbər verir ki, məlumatı avropa statistika ofisi (avrostat) açıqlayıb. qurumun statistikasına görə 6 ölkənin dövlət borcu üdm-in 100 faizini ötüb.
ən yüksək borc səviyyəsi yunanıstanda qeydə alınıb. burada dövlət borcu üdm-in 163,6 faizinə bərabərdir. növbəti yerləri italiya (137 faiz), fransa (112,2 faiz), belçika (108 faiz), ispaniya (105,3 faiz) və portuqaliya (100,6 faiz) bölüşür.
il ərzində ittifaq ölkələrinin ümumi dövlət borcu 1 faizədək artıb.





















