bakı, 19 fevral, arhd.media


azərbaycan prezidenti ilham əliyev pakistan senatının sədrini qəbul edib yenilənib video


azərbaycan respublikasının prezidenti ilham əliyev fevralın 19-da pakistan islam respublikasının senatının sədri seyid yusuf rza gilanini qəbul edib.

arhd.media xəbər verir ki, seyid yusuf rza gilani pakistan islam respublikasının prezidenti asif əli zərdari və baş naziri məhəmməd şahbaz şərifin salamlarını dövlətimizin başçısına çatdırdı.

prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını pakistanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş etdi.

qonaq bakıda cop29-un uğurla keçirilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.

dövlətimizin başçısı pakistanın baş nazirinin cop29-da iştirakını məmnunluqla xatırlayaraq bunu yüksək qiymətləndirdi.

görüşdə azərbaycan ilə pakistan arasında iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, uğurlu hərbi əməkdaşlığın həyata keçirildiyi vurğulandı. eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olundu, parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edildi.

azərbaycan ilə pakistan arasında əlaqələrin azərbaycan-türkiyə-pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunuldu.

qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Baxış sayı: 5 787

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə