Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevlə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlət başçısına təqdim edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.


Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.


Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.

Baxış sayı: 3 283

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə