“Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlərin intensiv inkişafı iqtisadi əlaqələrin şaxələndirilməsinə və biznes tərəfdaşlığının möhkəmlənməsinə güclü təkan verir”.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.


Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında keçirilən 4-cü Bölgələrarası Forumun yekunlarına əsasən, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb:


“Energetika, maliyyə, infrastruktura, tikinti və istehsal kimi prioritet sahələri əhatə edən bu sənədlər biznes assosiasiyaları arasında əlaqələri möhkəmləndirəcək, özəl sektorun tam potensialını üzə çıxaracaq və birgə layihələrin həyata keçirilməsini irəli aparacaq”.

 

Baxış sayı: 3 292

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə