Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, Türkiyə ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və Rusiya ilə çoxşaxəli əlaqələri inkişaf etdirməyə hazırlaşır.


“ARHD.MEDiA” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın parlamentin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında qeyd olunub.


Xarici siyasət hissəsində qeyd olunub ki, Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası, eləcə də Azərbaycanla sülhün institusionallaşdırılması (yəni sülh müqaviləsinin və digər hüquqi aktların imzalanması), həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələri arasında əlaqələrin aktivləşməsi üzrə işləri davam etdirəcək.


Hökumət, həmçinin Türkiyə ilə diplomatik münasibətlər qurmaq və azı iki müasir nəzarət-buraxılış məntəqəsi ilə sərhədi açmaq (hələlik onlardan Ermənistan tərəfində biri - Armavir regionundakı Markara nəzarət-buraxılış məntəqəsi hazırlanıb), eləcə də enerji infrastrukturlarını yenidən işə salmaq niyyətindədir.

Baxış sayı: 3 716

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə