“Ermənistan və Azərbaycan elektrik enerjisinin ixracı və idxalı üzrə də əməkdaşlıq edə bilər”.


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bəyan edib.


N.Paşinyan azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistana səfər etdiklərini bildirib. O, səfərlər zamanı elektrikötürücü xətlər, dəmir yolları, boru kəmərləri və sairə ilə bağlı müzakirələrin aparıldığını bildirib:


“Biz daha əvvəl də demişdik ki, elektrikötürücü xətlər, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır”. 


Hökumət başçısı həmçinin yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarüklərinin həyata keçiriləcəyini açıqlayıb.

Baxış sayı: 3 244

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə