Ukrayna ötən gecə ərzində Rusiyaya kütləvi şəkildə dronlar və raketlərlə hücum həyata keçirib.


“ARHD.MEDiA” UNİAN-a istinadən xəbər verir ki, Moskva ətrafında yüzlərlə dron vurulub, Belqorodda isə “Qazprom”un obyektinə zərbə endirilib.


Moskva meri Sergey Sobyanin Moskva regionu istiqamətində 430 dronun uçuşunun qeydə alındığını bildirib.


“Hərbi hava qüvvələri dronların çoxunu uzaq məsafələrdə zərərsizləşdirib. 36 dron Moskvaya yaxınlaşarkən məhv edilib”, - mer açıqlayıb.


Dron və raket hücumuna məruz qalmış Belqorodda isə çoxsaylı partlayışlar qeydə alınıb. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Baxış sayı: 4 279

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə