Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. 


“ARHD.MEDiA” “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.


Pakistana yeni təyin olunmuş səfirin iqamətgahının Əbu-Dabi şəhərində olacağı bildirilir. K. Qriqoryan həm də Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. 


Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında sənəd 31 avqust 2025-ci ildə Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində imzalanıb. Bundan əvvəl Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal faktına görə isə Ermənistanı dövlət olaraq tanımaqdan imtina etmişdi.

Baxış sayı: 3 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə