Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib.


“ARHD.MEDiA” UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.


Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 46 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.


Dağıntıların şəhərin dörd rayonunda qeydə alındığı bildirilir.


Rusiya tərəfi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinin vurulduğunu iddia etsə də, Kiyev çoxmərtəbəli yaşayış binasının hücuma məruz qaldığını açıqlayıb.

 

Baxış sayı: 3 419

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə