Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində ötən ayın əvvəlində baş tutmuş parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə yollanıb.


“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Paşinyan 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutacaq “Sənaye 360. Sərhədsiz istehsal” mövzusunda plenar iclasda iştirak edəcək.


Məlumata görə, onun həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustinlə görüşü planlaşdırılır. 


Xatırladaq ki, daha əvvəl Paşinyanın sözügedən sərgidə iştirak etmək üçün Rusiyaya səfər edəcəyi barədə xəbər paylaşılsa da, Baş nazirin adı “İNNOPROM-2026” sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılmışdı.


Baxış sayı: 3 895

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə