ABŞ-də iyulun 4-də qeyd olunan Müstəqillik Günü ölkənin müxtəlif ştatlarında möhtəşəm tədbirlər, paradlar, atəşfəşanlıq şouları və ailəvi festivallarla yadda qalıb.


“ARHD.MEDiA” xəbər verir ki, Vaşinqtonda minlərlə insan konsert proqramına və ənənəvi atəşfəşanlıq nümayişinə qatılıb.


Nyu-Yorkda məşhur “Macy's” atəşfəşanlıq şousu şəhərin səmasını işıqlandırıb, Çikaqo, Boston, Filadelfiya və digər şəhərlərdə də izdihamlı tədbirlər təşkil olunub.


Qeyd edək ki, ABŞ-də Müstəqillik Günü 1776-cı il iyulun 4-də Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümü kimi qeyd olunur və ölkənin ən mühüm milli bayramlarından biri hesab edilir.

 

Baxış sayı: 3 712

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə