Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


“ARHD.MEDiA” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb.


Onun sözlərinə görə, iyulun 5-də baş tutan danışıq 1 saat 25 dəqiqə davam edib. Dövlət başçıları Rusiyanın ABŞ dövlətçiliyinin formalaşmasına verdiyi tarixi töhfələri müzakirə ediblər. Danışığın ənənəvi olaraq işgüzar və konstruktiv şəraitdə keçdiyi qeyd olunub. Vladimir Putin Rusiyanın ABŞ-nin tarixi dövlətçilik prosesindəki roluna xüsusi diqqət çəkib.


Telefon danışığında, həmçinin ABŞ prezidentinin gələn həftə keçiriləcək NATO sammitində iştirakı ərəfəsində Ukrayna böhranı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Donald Tramp atəşkəsin mümkün qədər tez əldə olunmasına və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Baxış sayı: 3 217

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə