Avropa Beynəlxalq Hava Limanları Şurası (ACI Europe) Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə sərnişin axınının pik dövrlərində hava limanlarında biometrik rəqəmsal nəzarət sisteminin müvəqqəti dayandırılması xahişi ilə müraciət edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.


Bildirilir ki, bu xahiş yeniliyin tətbiqindən sonra pasport nəzarəti məntəqələrində yaranan uzunmüddətli növbələrlə bağlıdır. Müraciətin müəllifləri hesab edirlər ki, yay turizm mövsümünün qızğın çağında yoxlamalar sərhəddə növbələrin əhəmiyyətli dərəcədə artmasına və reyslərin gecikməsinə səbəb ola bilər. Onlar təklif ediblər ki, sərnişin axını sərhəd infrastrukturunun buraxılış qabiliyyətini aşdığı halda iyul və avqust aylarında hava limanlarında yoxlamaların tamamilə dayandırılmasına icazə verilsin.


Mütəxəssislərin məlumatına görə, bir sıra hava limanlarında sərnişinlər artıq saatlarla davam edən növbələrlə üzləşirlər, bəzi təyyarələr isə boş yerlərlə uçmağa məcbur olurlar, çünki sərnişinlərin bir hissəsi sərhəd nəzarətindən keçməyə vaxt tapmır.


Qeyd edək ki, yeni tətbiq olunan “Schengen Entry/Exit System” (EES) sistemi Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarından barmaq izlərinin və fotoşəkillərin qeydə alınmasını tələb edir. Sistemin Avropa hava limanlarında tətbiqi apreldə başa çatıb.

Baxış sayı: 3 157

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə