Nyu-York səmasında “JetBlue” aviaşirkətinin sərnişin təyyarəsi pilotsuz uçuş aparatı ilə toqquşub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.


Məlumata görə, dron Con Kennedi adına Hava Limanına eniş edən təyyarənin pilot kabinəsinə çırpılıb. Pilotlar hadisə ilə bağlı təcili qaydada dispetçeri məlumatlandırıblar. Layner hava limanına uğurla eniş edib.


ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi baş verən hadisə ilə bağlı araşdırmaya başlayıb. “JetBlue” aviaşirkəti təyyarənin zədələnmədiyini, sərnişinlərin xəsarət almadığını açıqlayıb.

Baxış sayı: 3 916

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə