“Benzin satıcıları qiymətləri dərhal aşağı salmalıdır!”


“ARHD.MEDiA” xəbər verir ki, bu tələblə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımında çıxış edib. 


“Hazırda neftin bir barelinin (159 litr) qiymətinin 68 dollar benzinin olduğunu və ucuzlaşmağa doğru getdiyini nəzərə alsaq, qiymətlər həddindən artıq yüksəkdir”, - Tramp yazıb.


Ağ Ev rəhbəri pərakəndə benzin satıcılarından onun bəyanatına tez reaksiya verməyi tələb edib: “Heç bir qiymət şişirtməsi olmayacaq, bu, tamamilə qanunsuzdur. Əgər satıcılar bunu etməsələr, onları böyük problemlər gözləyir”.


ABŞ lideri benzinin bir qallonunun (təxminən 3,8 litr) 2,5 dollara (4,25 AZN) satılmasını məqbul qiymət adlandırıb.


Qeyd edək ki, hazırda ABŞ-də benzinin bir qallonunun orta qiyməti 3,8 dollardır (təxminən 6,50 AZN).

Baxış sayı: 3 259

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə