İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN) İran aktivlərinin 6 milyard dollarının (10 milyard 200 milyon AZN) blokdan çıxarılması barədə razılığa gəliblər. 


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.


“Əldə edilmiş razılığa əsasən, Qətərdə olan 12 milyard dollarlıq İran vəsaitlərinin ümumi məbləğindən 6 milyard dollar blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, - məlumatda deyilir.


Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyi barədə xəbərlər yayılmışdı.

Baxış sayı: 3 566

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə