“Ukrayna Avropa İttifaqına (Aİ) gələcək üzvlüyü ilə əlaqədar konstitusiyaya genişmiqyaslı dəyişiklik etməyə hazırlaşır”.


“ARHD.MEDiA” “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk bildirib.


Onun sözlərinə görə, İttifaqa üzvlük çərçivəsində dövlətin səlahiyyətlərinin bir hissəsini Aİ orqanlarına ötürmək nəzərdə tutulub.


“Aİ-yə gedərkən biz başa düşməliyik ki, müəyyən səlahiyyətləri onun orqanlarına ötürəcəyik. Buna görə də bu, Ukrayna konstitusiyasında da öz əksini tapmalıdır”, - Stefançuk deyib.


Bununla belə, o, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda əsas qanuna hər hansı dəyişikliklərin edilməsinin mümkün olmadığını diqqətə çatdırıb.


“Hərbi əməliyyatlar başa çatdıqdan sonra dəyişikliklər Ukrayna cəmiyyətində müzakirə olunmalıdır”, - Ali Rada sədri əlavə edib.

Baxış sayı: 3 246

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə