İyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.


Portalın məlumatına görə, tərəflər həmçinin qarşılıqlı atəşi dayandırmaq barədə razılığa gəliblər.


Digər mənbələrin iddiasına görə isə görüş zamanı Vaşinqton və Tehranın daha əvvəl imzalanmış anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməsi gözlənilir.


Xatırladaq ki, ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İranın 10 hərbi obyektinə zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, bu tədbir İranın 2 milyon bareldən çox neft daşıyan Panama bayraqlı “Kiku” tankerinə hücumuna cavab olaraq atılıb. 

Baxış sayı: 2 991

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə