ABŞ-nin himayəsi altında Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların 5-ci raundu başlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, Livan mənbələrinin paylaşdığı məlumata görə, tərəflər arasındakı müzakirələrin yeni mərhələsinə ABŞ Dövlət Departamentində start verilib.


Məlumata görə, hazırkı görüşdə iki ölkə arasındakı atəşkəsin gedişatına dair mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir. Danışıqlarda iştirak edən şəxslərin adları hələlik rəsmən açıqlanmasa da, əvvəlki mərhələlərdə yer alan nümayəndə heyətlərinin yenidən müzakirələrdə olduğu ehtimal edilir.


Qeyd edək ki, ABŞ Dövlət Departamenti 23-25 iyun tarixlərində Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının 5-ci raundunun keçiriləcəyini daha əvvəl elan etmişdi.

Baxış sayı: 3 662

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə