İrəvan Ağsaqqallar Şurasının bu gün keçirilən iclası zamanı dava düşüb.


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclas zamanı müxalif “Ana Ermənistan” blokunun fraksiyasının üzvləri hakim “Vətəndaş müqaviləsi” partiyasını seçkiqabağı pozuntularda ittiham ediblər.


Buna cavabında İrəvanın vitse-meri Armen Pambuxçyan blokun lideri Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib və onun məhz bu səbəbdən həbs olunduğunu deyib. Nəticədə, tərəflər arasında yaranan mübahisə sonradan davaya çevrilib.


İclas zalında başlayan mübahisə və dava dəhlizdə də davam edib. İrəvanın meri Tiqran Avinyan mübahisə iştirakçılarını ayırmağa çalışsa da, tərəflər buna məhəl qoymadan bir-birini təhqir etməkdə davam ediblər.

 

Baxış sayı: 2 980

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə