“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”.


“ARHD.MEDiA” xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən 33-cü Pul və Bankçılıq Siyasəti Simpoziumunda çıxışı zamanı bildirib.


Pezeşkian qeyd edilib ki, Vaşinqtonla əldə olunan razılaşmanın şərtləri İranın maraqlarına uyğundur.


“Bu gün danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”, – deyə İran Prezidenti vurğulayıb.


O qeyd edib ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahına sahib olmamasıdır.


Pezeşkian bildirib ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən dəfələrlə açıqlanıb və İran nüvə bombası əldə etməyi hədəfləmir.


Qeyd edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlərin bir hissəsi xarici banklarda, o cümlədən, Qətərdə bloklanıb. Tehran administrasiyası danışıqlarda sanksiyaların yumşaldılması və həmin vəsaitlərin azad edilməsini əsas tələblərdən biri kimi irəli sürür.

Baxış sayı: 3 158

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə