İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi müharibənin başa çatdırılması ilə bağlı mümkün razılaşmalara dair sərt xəbərdarlıq edib.


“ARHD.MEDiA”nın məlumatına görə, Rzayi dövlət televiziyasına açıqlamasında bildirib ki, müharibəni bitirəcək heç bir razılaşmada Hörmüz boğazı üzərində İranın təsir imkanları və ölkənin regiondakı mövqeyi zəiflədilməməlidir.


Onun sözlərinə görə, müharibə elə başa çatmalıdır ki, İranın çəkindirici hərbi gücü qarşıdakı 50 il ərzində də qorunsun.


Rzayi bunun İranın regional təsirini və Hörmüz boğazı üzərindəki nəzarətini məhdudlaşdıracaq istənilən razılaşmaya qarşı yüksəkrütbəli hərbi dairələrin mövqeyini əks etdirdiyini vurğulayıb.


Möhsün Rzayi həmçinin ABŞ-ni müharibədə “məğlub cinayətkar” adlandıraraq, istənilən səhv addımın daha sərt cavabla qarşılanacağını bildirib.


“Silahlı qüvvələrimiz düşmənin hər hansı səhvinə qat-qat sərt cavab verir”, – deyə o əlavə edib.

Baxış sayı: 3 159

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə