Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sadələşdirilmiş giriş qaydalarını yenidən nəzərdən keçirərək Ukrayna ərazisindən Avropa İttifaqına (Aİ) qaçqınların qəbulunu məhdudlaşdırmaq niyyətindədir. 


“ARHD.MEDiA” “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun Aİ ölkələrinin liderlərinə ünvanladığı məktubunda deyilir.


Bildirilir ki, Avropa Komissiyası Ukraynanın müvəqqəti müdafiəsinin uzadılmasını təklif edəcək, lakin bu, ölkənin özünü müdafiə etmək qabiliyyətinə xələl gətirməmək üçün məhdudlaşdırılacaq.


“Bu, xüsusilə hərbi xidmət yaşında olan kişilərin girişinin çətinləşdiriləcəyinə işarə kimi yozula bilər. Fon der Lyayen planlaşdırılan təklifin heç bir təfərrüatını təqdim etməyib”, - məlumatda vurğulanıb.

Baxış sayı: 3 373

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə