ermənistan baş naziri nikol paşinyan parlamentdə hökumətlə sual-cavab saatı zamanı müxalifət liderlərinə qarşı olduqca sərt və kəskin bəyanatlar səsləndirib.


“arhd.media” “armenia today”ə istinadla xəbər verir ki, baş nazir ölkənin keçmiş prezidenti, “ermənistan” blokunun lideri robert köçəryan, “güclü ermənistan” blokunun rəhbəri samvel karapetyan və “çiçəklənən ermənistan” partiyasının sədri qagik tsarukyanı hədəf alıb.


müxalifət liderlərini hədəfə alan hökumət başçısı “onlar öz yuvalarında məhv edilməlidirlər” deyərək geri addım atmayacağını vurğulayıb:


“sevgili vətəndaşlar, biz hədəfli şəkildə bu yolla gedəcəyik”.


paşinyan həmçinin parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı ittihamlara da kəskin cavab verib. seçkilərdə saxtakarlıq olduğunu iddia edənlərin “qələt etdiyini” bildirən baş nazir, səsinin oğurlandığını düşünən hər kəsi meydana çağırıb:


“səsinin saxtalaşdırıldığını iddia edən, bu siyasi xətt ilə razılaşmayan vətəndaşları meydanlara çıxmağa, ermənistanda inqilab edərək hökuməti dəyişməyə çağırıram”.

Baxış sayı: 3 287

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə