“resmi gazete”də türkiyə böyük millət məclisinin (tbmm) yay tətilinə çıxmaması ilə bağlı qərar dərc olunub.
“arhd.media” xəbər verir ki, qərara əsasən, iyulun 1-dən etibarən tətilə çıxmalı olan parlament fəaliyyətini davam etdirəcək.
məlumata görə, qərar konstitusiyanın 93-cü maddəsi və tbmm-in daxili nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, baş məclisin iyunun 16-da keçirilən 102-ci iclasında qəbul edilib.
beləliklə, normal qaydada 1 iyul 2026-cı il tarixində yay tətilinə çıxmalı olan türkiyə böyük millət məclisi fəaliyyətini dayandırmayacaq və qanunvericilik işlərini davam etdirəcək.























