“Məni artıq heç kim “diktator” adlandırmır”.


“ARHD.MEDiA” xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko “Al Arabiya” telekanalına müsahibəsində deyib.


“Bu dövr keçmişdə qaldı. Bəli, mən Avropa dövlətlərinin, o cümlədən aparıcı ölkələrin rəhbərləri ilə görüşmürəm, lakin onlarla ya onların nümayəndələri vasitəsilə, ya da bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronla olduğu kimi birbaşa əlaqədəyəm”, - Belarus lideri bildirib.


Lukaşenkonun sözlərinə görə, Avropa liderlərindən heç biri onu “diktator” adlandırmır, çünki bu, gülüncdür.


“Mən diktator deyiləm, çünki öz iradəmi kiməsə diktə etmək üçün resurslara malik deyiləm. Mən bu dünyadakı yerimi bilirəm”, - dövlət başçısı söyləyib.


Bununla belə, Lukaşenko jurnalist Melinda Karen Nusiforanı “Avropanın sonuncu diktatoru” ləqəbi ilə tanınan siyasətçidən müsahibə götürdüyünə görə sevinməyə çağırıb: “Sevinin ki, Avropanın sonuncu diktatoru ilə görüşürsünüz. Yeniləri artıq olmayacaq”.

Baxış sayı: 2 512

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə