Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il sentyabrın 20-nə təyin edilməsi haqqında fərman imzalayıb.


“ARHD.MEDiA” xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc edilib.


Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minir.


Qeyd edək ki, seçkilər zamanı Rusiya Dövlət Dumasına 450 deputat seçiləcək. Hazırkı seçki sisteminə uyğun olaraq, 225 deputat birmandatlı dairələr üzrə, daha 225 qanunverici isə partiya siyahılarına əsasən seçiləcək.

Baxış sayı: 3 203

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə