Rusiya ordusunun Ukraynanın bir neçə böyük şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər həlak olub.


“ARHD.MEDiA” AFP-yə istinadən xəbər verir ki, hücumlar zamanı Kiyevdə yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra kompleksində yanğın qeydə alınıb, Üspen (Uspenski) kafedralının damı alovlanıb.


Ukraynanın daxili işlər naziri İqor Klimenkonun məlumatına görə, Xarkov şəhərinə endirilən zərbələrdən sonra aparılan xilasetmə əməliyyatları zamanı 5 xilasedici həyatını itirib, azı 5 nəfər isə yaralanıb.


Paytaxt Kiyevdə də hücumlar nəticəsində daha 4 nəfərin öldüyü bildirilib. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb, sakinlər sığınacaqlara üz tutublar.


Hadisə şahidlərinin sözlərinə görə, kafedral ətrafına çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın həm binanın daxilindən, həm də xüsusi platformalar vasitəsilə söndürülməyə çalışılıb. Katedralın damının bir hissəsinin dağıldığı və alovların binanı bürüdüyü qeyd olunur.


Əlavə edilib ki, Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində Moskvanın cənubunda 3 nəfərin öldüyü bildirilir.


Qeyd edək ki, Kiyev-Peçersk Lavra monastırı son illərdə Ukrayna ilə Rusiya arasında dini və siyasi mübahisələrin mərkəzində olub. Ukrayna Pravoslav Kilsəsi 2022-ci ildə rəsmi olaraq Rus Pravoslav Kilsəsindən ayrıldığını elan etmiş, daha sonra Kiyev Moskva ilə əlaqəli dini qurumların fəaliyyətinə məhdudiyyətlər tətbiq etmişdi.

 

Baxış sayı: 3 988

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə