fevralın 28-də abş və israilin hava zərbələri nəticəsində həlak olan iranın sabiq ali lideri ayətullah seyid əli xameneinin dəfn mərasiminin vaxtı açıqlanıb.
“arhd.media” xəbər verir ki, bu barədə iran dövlət televiziyası (irib) məlumat yayıb.
məlumata görə, dövlət səviyyəli rəsmi vida mərasimləri iyul ayının əvvəlində reallaşacaq. təqvimə əsasən, eks-lider üçün ilk cənazə mərasimi 4-5 iyul tarixlərində paytaxt tehrandakı imam xomeyni müsəlla məscidində keçiriləcək. ardınca, iyulun 6-da tehranda ikinci kütləvi vida mərasimi təşkil olunacaq.
qeyd olunub ki, cənazə iyulun 7-də dini mərkəz sayılan qum şəhərinə aparılacaq və burada növbəti mərasim keçiriləcək. iyulun 9-da isə məşhəd şəhərində yekun vida mərasimi baş tutacaq. xameneinin nəşi elə həmin gün məşhəd şəhərində yerləşən imam rza türbəsinin daxilində onun üçün xüsusi olaraq hazırlanmış sahədə torpağa tapşırılacaq.























