hindistanın hərbi hava qüvvələrinə məxsus “an-2” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
“arhd.media” bbc-yə istinadən xəbər verir ki, hadisə corhat şəhərində təyyarə eniş etmək istərkən baş verib.
xəsarət alanların olub-olmaması ilə bağlı hələ məlumat yoxdur. hazırda qəzanın səbəbləri araşdırılır.
“ndtv” telekanalı isə təyyarənin aviabazanın ərazisində qəzaya düşdüyünü və yanğın qeydə alındığını bildirib.
***
qəza nəticəsində 5 hərbçi həlak olub. təyyarənin ikinci pilotu isə yaralı halda xəstəxanaya çatdırılıb.























