ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasının Senat seçkilərində 72 faiz səs toplayan namizədi Qrem Platner barədə sərt açıqlama verib.


“ARHD.MEDiA” xəbər verir ki, Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp, Platneri hədəf alaraq onun haqqında tənqidi ifadələr işlədib.


Tramp çıxışı zamanı Platneri “donuza bənzətdiyini” deyib və daha sonra bu ifadəni daha da sərtləşdirərək, onu “tamamilə donuz kimi” adlandırıb: “O, tam donuz kimidir. Mən, adətən, insanlara yaxşı ləqəblər verirəm, amma ona vermək istəmirəm, çünki hətta donuzların da bundan inciyəcəyini düşünürəm”.


Qeyd edək ki, Trampın tənqid etdiyi Qrem Platnerin adı son dövrlərdə bir sıra qalmaqallarla hallanıb. Belə ki, onun svastika döyməsi olub (sonradan sildirib), evil olduğu müddətdə bir çox qadınla münasibəti olub, eləcə də, keçmiş sevgilisi tərəfindən təcavüzdə ittiham edilib.

Baxış sayı: 2 983

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə