Hindistanın Baş naziri Narendra Modi ölkədə hökumətin başçısı vəzifəsində fasiləsiz qalma müddətinə görə yeni rekord müəyyən edib.


“ARHD.MEDiA” “Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, bu gün Modinin ilk dəfə Baş nazir kimi and içdiyi 26 may 2014-cü il tarixindən 4399 gün (12 il 16 gün) ötür.


Bununla da, Modi hökumət başçısı vəzifəsində fasiləsiz qalma müddətinə görə müstəqil Hindistanın ilk Baş naziri olmuş Cəvahirləl Nehrunun 60 ildən çox davam edən rekordunu üstələyib. Nehru bu vəzifədə fasiləsiz olaraq 4398 gün - Hindistanda ilk ümumxalq seçkilərindən sonra and içdiyi 13 may 1952-ci ildən vəfat etdiyi 27 may 1964-cü il tarixinədək qalıb. 


Bundan əvvəl isə Modi, fəaliyyətdə olan hökumət başçısı olaraq parlamentə ardıcıl üç dəfə seçkidə qalib gələn ikinci hökumət başçısı olmuşdu. Ondan əvvəl bu nailiyyət də təkcə Cəvahirləl Nehruya məxsus idi.

Baxış sayı: 3 067

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə