iran inqilab keşikçiləri korpusu (sepah) bəhreyndə yerləşən abş hərbi dəniz qüvvələrinin 5-ci donanmasına pilotsuz uçuş aparatları (pua) ilə hücum etdiyini açıqlayıb.
“arhd.media”nın məlumatına görə, bildirilir ki, bu addım abş qüvvələrinin iranın cənub bölgələrinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
iran tərəfi abş-nin cask, sirik və qəşm bölgələrində “saxta bəhanələrlə” hücumlar etdiyini bildirib. məlumata görə, sirikdə iki su bazası və bir rabitə qülləsi zədələnib.
iran inqilab keşikçiləri korpusu hücumun yerli vaxtla saat 02:30-da həyata keçirildiyini və bəhreyndə abş-nin 5-ci donanmasının hədəf alındığını bildirib. qurum əlavə edib ki, qarşıdurmalar davam edir və yeni hücumlar olacağı təqdirdə daha sərt cavab veriləcək.
bəhreyn daxili işlər nazirliyi isə ölkə üzrə sirenlərin səsləndirildiyini açıqlayıb və vətəndaşları təhlükəsiz sığınacaqlara getməyə çağırıb. nazirlik əhalidən sakitliyi qorumağı və yalnız rəsmi məlumatları izləməyi xahiş edib.























