“İsrail və İran azı bir həftə bir-birilərinə zərbələr endirməyəcəklər”.


“ARHD.MEDiA” “Guardian”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.


“Bizim (İsrailin Baş naziri Benyamin Netanyahu ilə - red.) çox yaxşı söhbətimiz oldu. Ona zərbə endirdilər, o da cavab verdi. Onu buna görə günahlandıra bilmərəm. Amma indi onlar bunu dayandırdılar. Beləliklə, onlar bir həftə və ya təxminən o qədər müddət bir-birini rahat buraxacaqlar”, - dövlət başçısı deyib.


Xatırladaq ki, iyunun 8-də İran və İsrail bir-birinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar dayandırıldıqdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı genişmiqyaslı cavab zərbələrini hələlik təxirə saldığını elan edib.

Baxış sayı: 3 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə