ABŞ Dövlət katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. 


ABŞ Dövlət katibi İrəvanın “sülh gündəliyinə” dəstəyini ifadə edib.


Marko Rubio ölkəsinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası da daxil olmaqla, Vaşinqton sülh sammitində müəyyən edilmiş hədəflər istiqamətində irəliləməyə sadiq olduğunu qeyd edib. 


Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda və bu regionun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın təmin edilməsi üçün Ermənistan hakimiyyəti ilə birgə işi davam etdirməyə ümid edir.


Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, ölkənin hazırkı Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81% səslə qalib gəlib.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə