ABŞ Dövlət Departamentinin müəyyən səfirlik və konsulluqlarda işgüzar və turist vizası müraciətləri üçün yeni pilot proqram üzərində çalışdığı bildirilir.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Associated Press” (AP) əldə etdiyi sənədlərə və ABŞ rəsmisinin açıqlamasına istinadən məlumat yayıb.


Bildirilir ki, yeni sistem çərçivəsində müraciət edənlər əlavə 750 dollar ödəməklə daha sürətli görüş tarixi əldə edə biləcəklər.


Proqramdan istifadə edən şəxslər 10 gün ərzində sürətləndirilmiş viza görüşünə yazıla biləcəklər.


Məlumata əsasən, bu təşəbbüs bu həftə rəsmi şəkildə elan edilə bilər və pilot layihənin 1 iyul – 31 dekabr tarixləri arasında seçilmiş ABŞ səfirlikləri və konsulluqlarında tətbiqi nəzərdə tutulur.


Qeyd olunur ki, 750 dollarlıq ödəniş yalnız əlavə xidmət xarakteri daşıyır və viza təsdiqinə zəmanət vermir.

Baxış sayı: 2 992

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə