Tehran hakimiyyəti yeraltı dayanacaqların şəhər sakinləri üçün sığınacaqlara çevrilməsi haqqında qərar qəbul edib. 


“ARHD.MEDiA” İranın SNN nəşrinə istinadən xəbər verir ki, bu barədə Tehran meriyasının rəsmi nümayəndəsi Əbdülmüttahir Məhəmmədhani açıqlama verib.


“Hazırda bu məsələ ilə bağlı zəruri normaların müəyyən edilməsi üçün bir sıra tədbirlər görülür”, - o bildirib.


Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. İsrail isə İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri endirib. 

Baxış sayı: 3 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə