iranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
“arhd.media” xəbər verir ki, bu barədə iranın “fars” agentliyi məlumat yayıb.
hava limanlarında növbəti bildirişə qədər uçuşların həyata keçirilməyəcəyi bildirilir.
bundan başqa, paytaxt tehranda yerləşən mehrabad və imam xomeyni adına beynəlxalq hava limanlarında da reyslər ləğv edilib.
“flightradar24” monitorinq resursu isə iran, iraq və suriya səmasında uçuşların həyata keçirilmədiyini əks etdirən məlumat paylaşıb.























