Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.


“ARHD.MEDiA” xarici mətbuata istinadən xəbər verir ki, ölkədə sunami təhlükəsi elan edilib.


Yeraltı təkanların episentri təxminən 679 min nəfərin yaşadığı Heneral-Santos şəhərindən 51 kilometr məsafədə, ocaq isə Yerin 10 kilometr dərinliyində yerləşib.


Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.


Yayılmış görüntülərdə infrastruktur obyektlərinə zərər dəyməsi və bir neçə binanın uçması öz əksini tapıb.

Baxış sayı: 2 979

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə