iran silahlı qüvvələri israilə endirdiyi zərbələr zamanı “xeybərşəkan” adlı bərk yanacaqlı ballistik raketlərdən istifadə edib.
“arhd.media” xəbər verir ki, bu barədə “tasnim” agentliyi məlumat yayıb.
bildirilib ki, islam inqilabı keşikçiləri korpusunun üçüncü nəsil raketlərinə aid olan “xeybərşəkan”ın uçuş məsafəsi 1 450 kilometr, çəkisi 4,5 ton, uzunluğu isə 10 metrdir. bu raket düşmənin hava hücumundan müdafiə (hhm) sistemlərini yarmaq üçün unikal texniki xüsusiyyətlərə malikdir.























