İsrail ordusu Livanın Sur şəhərinin sakinlərini gözlənilən hava zərbələri barədə xəbərdar edərək onlardan təcili olaraq şəhəri tərk etmələrini tələb edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) sözçüsü Avixay Edri özünün “X” hesabında ərəb dilində paylaşdığı rəsmi bəyanatda məlumat yayıb.


Edri hələ də ərazini tərk etməyənlərə müraciət edərək təhlükənin ciddiliyini vurğulayıb:


“Evlərini hələ də tərk etməyənlər təcili olaraq getməyə tələsməlidirlər. Təhlükəli zonalarda qalmaq sizin və ailənizin həyatını birbaşa riskə atacaq”.


Məlumata görə, 130 mindən çox əhalisi olan Sur şəhəri ilə yanaşı, onun Zuqaq əl-Mufdi və Əl-Bass qəsəbələri də bombardman ediləcək. İsrail tərəfi iddia edir ki, hücumların məqsədi atəşkəs rejimini pozmağa davam edən “Hizbullah” qruplaşmasının hərbi infrastruktur obyektlərini məhv etməkdir.


Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraili qoşunlarını Livandan çıxarmağa çağırmışdı.

Baxış sayı: 3 017

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə