ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada yayılan Ebola epidemiyası ilə bağlı ciddi xəbərdarlıq edib.


“ARHD.MEDiA” xəbər verir ki, qurumun modelləşdirməsinə görə, təcili tədbirlər görülməzsə, yoluxma sayı 10-20 min nəfərə çata bilər.


Mütəxəssislər hazırkı vəziyyətin 2014-2016-cı illərdə Qərbi Afrikada 28 mindən çox yoluxma və 11 mindən artıq ölümə səbəb olmuş Ebola epidemiyasına bənzədiyini bildirirlər.


Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, indiyədək təxminən 400 yoluxma və 63 ölüm halı qeydə alınıb. Epidemiyanın “Bundibugyo” ştamı ilə əlaqəli olduğu, bu virus növünə qarşı isə hazırda təsdiqlənmiş spesifik peyvənd və ya müalicə vasitəsinin olmadığı qeyd edilir.


Bildirilir ki, Konqoda davam edən silahlı münaqişələr və kütləvi köçlər virusun yayılmasının qarşısını almağı çətinləşdirir. Onların fikrincə, yoluxanların vaxtında aşkarlanaraq təcrid olunması epidemiya ilə mübarizədə əsas rol oynayır.


Alimlər proqnozların müəyyən yanılma payına malik olduğunu vurğulasalar da, mövcud vəziyyətin ciddi təhlükə yaratdığını və təxirəsalınmaz tədbirlərə ehtiyac olduğunu bildirirlər.

Baxış sayı: 3 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə