ABŞ-nin Ohayo ştatında keçirilən açıq hava festivalı zamanı baş verən silahlı hücum nəticəsində çoxlu sayda insan yaralanıb.


“ARHD.MEDiA”nın məlumatına görə, hadisə yerli vaxtla saat 17:30 radələrində Toledo şəhərində baş verib.


Toledo Polis İdarəsinin yaydığı məlumata görə, atışma şəhərdə təşkil olunan “Old West End” festivalının yaxınlığındakı küçədə qeydə alınıb.


Hücum zamanı yaralanan şəxslər təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralıların sayı və vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


Hadisədən sonra əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Hücumun baş verdiyi küçənin giriş və çıxışları bağlanıb, sakinlərdən və festival iştirakçılarından bölgədən uzaq durmaları istənilib.


Polis hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını davam etdirir. Hücumun motivi hələlik məlum deyil.


İlkin məlumatlara əsasən, festivalın keçirildiyi ərazidə ardıcıl atəş səsləri eşidilib və izdiham arasında böyük təşviş yaranıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Baxış sayı: 2 898

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə