ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, pilotsuz aparatların regional dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaratdığı qiymətləndirilib və onlar ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib.


Bundan sonra ABŞ ordusu İranın cənub sahillərində yerləşən müşahidə radar sistemlərinə zərbələr endirib. Hədəflər arasında Qoruk bölgəsi və Qəşm adasındakı radar qurğularının olduğu bildirilib.


ABŞ tərəfi əməliyyatın mümkün yeni hücumların qarşısını almaq məqsədilə müdafiə xarakteri daşıdığını bəyan edib.

Baxış sayı: 3 084

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə