ermənistan və abş tripp layihəsi üzrə çərçivə sazişini imzalayıblar.
“arhd.media” “armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ermənistan xarici işlər nazirliyi yayıb.
nazirlik ölkənin xin rəhbəri ararat mirzoyanın sözügedən sənədi imzalamasını əks etdirən görüntülər yayıb.
a.mirzoyan bildirib ki, həmin sənəd abş dövlət katibi marko rubionun mayın 26-da irəvana səfəri zamanı paraflanıb: “rubio artıq sənədi imzalayıb və o, imzalanması üçün ermənistana göndərilib”.
o, bununla da, sazişin ratifikasiya üçün hazır olduğunu diqqətə çatdırıb.























