Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olmaq prosesinə iki ildir qoyduğu vetonu geri götürmək qərarına gəlib.


“ARHD.MEDiA” “Euronews”a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Ukrayna və Macarıstandan olan ekspertlərin Ukraynada yaşayan macarların haqları barədə keçirilən görüşündən sonra məlum olub. 


Vetonun götürülməsi Ukrayna və Moldovaya Aİ-yə üzv olmaqla bağlı danışıqların ilk blokuna rəsmi olaraq başlamağa imkan verir. 


Macarıstan Baş naziri Peter Madyar isə öz növbəsində Ukraynadakı 100 minlik macar milli azlığının dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsinə dair Kiyevlə hərtərəfli razılaşma əldə olunduğunu bəyan edib.


Qeyd edək ki, avropalı diplomatlar Aİ ölkələrinin iyunun 15-də keçiriləcək hökumətlərarası konfrasda Ukrayna və Moldova üçün danışıqların ilk blokunun başladılmasını təsdiq edəcəklərini güman edirlər.

Baxış sayı: 3 418

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə