“Ermənistan daimi münaqişə tələsindən çıxmış oldu”.


“ARHD.MEDiA” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan təşviqat kampaniyası çərçivəsində çıxışı zamanı bildirib.


“Bəli, “Artsax Ermənistandır və nöqtə” deyən adam mənəm. Bu bəyanatı səsləndirməyimə səbəb mənim 30 il ərzində bizə aşılanan ideyanın təsiri altında olmağım idi. Lakin mən başqa yolla getdim, gördüm ki, bu münaqişəni, bu qanayan yaranı gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Biz uşaqlarımıza sülh verməliyik. Mən bu problemin ardınca bütün mümkün yollarla getdim və gördüm ki, bu, bir sınaqdır. Bunun bir tələ olduğunu gördüm. Bəli, mən cəsarət göstərərək xalqa dedim ki, biz yanlış yolla gedirik. Bunun sayəsində biz indi həmişəkindən müstəqil, təhlükəsiz və daha yaxşı rifaha malik ölkəyik”, - Paşinyan deyib.


Onun sözlərinə görə, “Qarabağ hərəkatı”nın davam etdirilməsi yalnız yeni qurbanlara, yeni müharibələrə və nəticədə, erməni dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaqdı: “Mən Ermənistan Respublikasını azad etdim. Mən bunu Ermənistan qarşısında ən böyük xidmətim hesab edirəm”.

Baxış sayı: 3 484

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə