iranda istehlak qiymətləri indeksi may ayında keçən ilin eyni ayı ilə müqayisədə 77,2%-ə çatıb.
“arhd.media” xəbər verir ki, brics ölkələrinin mərkəzi bankının bu statistikasını “associated press” (ap) dərc edib.
bu göstərici aprel ayı ilə müqayisədə 8,5% çox olub. əczaçılıq məhsulları, taksi qiymətləri, tütün məmulatları, rabitə xidmətləri kimi gündəlik və ümumi istehlak malları seqmentində inflyasiya illik müqayisədə 113,8% artıb.
iranda inflyasiya yalnız 1942-ci ildə yüksək səviyyəyə çatıb. “bamdad” iqtisadi araşdırmalar institutunun qeyd etdiyi kimi, hazırkı rəqəmlər ikinci dünya müharibəsindən bəri görünməmiş rəqəmlərdir.























