bakı enerji həftəsi çərçivəsində iyunun 2-də iqtisadiyyat nazirliyi və abş dövlət departamentinin birgə təşkilatçılığı ilə azərbaycan hökuməti ilə amerika birləşmiş ştatları hökuməti arasında strateji tərəfdaşlıq haqqında xartiyaya uyğun olaraq ilk azərbaycan-abş iqtisadi dialoqu keçiriləcək.


“arhd.media” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirliyi məlumat yayıb.


bildirilib ki, tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.


hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Baxış sayı: 3 524

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə